"Neft Daşları"nda daha bir quyu istismara verilib

"Neft Daşları"nda daha bir quyu istismara verilib Quyu 11 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib
Energetika
22 Yanvar , 2016 16:51
Neft Daşlarında daha bir quyu istismara verilib

Bakı. 22 yanvar. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1887 nömrəli özülündən 2286 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Məhsuldar Qatın IX horizontundan fontan üsulu ilə məhsul verib. O, 2107-2085 metr intervaldan sutkalıq 11 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi