​Neft daha 1% ucuzlaşıb

​Neft daha 1% ucuzlaşıb "Brent" markalı neftin qiyməti 39,7 dollar/barelə enib
Energetika
11 Dekabr , 2015 09:09
​Neft daha 1% ucuzlaşıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,50 dollar yaxud 1,34% geriləyərək 36,76 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,38 dollar və ya 0,95% ucuzlaşaraq 39,73 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi