Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb WTI markalı xam neftin qiyməti 49 dollara düşüb
Energetika
2 İyun , 2016 09:23
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 2 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,32 dollar yaxud 0,65% ucuzlaşaraq 49,01 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,17 dollar və ya 0,34% geriləyərək 49,72 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi