Nazir: "Şahdəniz-2" layihəsi üzrə işlərin 50%-dən çoxu tamamlanıb"

Nazir: "Şahdəniz-2" layihəsi üzrə işlərin 50%-dən çoxu tamamlanıb" Məşvərət Şurasının iclasında yarana biləcək problemlərin aradan qaldırılması yolları müzakirə olunacaq
Energetika
1 Fevral , 2016 10:45
Nazir: Şahdəniz-2 layihəsi üzrə işlərin 50%-dən çoxu tamamlanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci mərləsi çərçivəsində həyata keçirilən işlərin 50%-dən çox hissəsi artıq yerinə yetirilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi ölkələri energetika nazirlərinin Məşvərət Şurasının iclası ilə bağlı məsələyə aydınlıq gətirən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. 

N.Əliyevin sözlərinə görə, Cənub Qafqaz Boru Kəməri ilə bağlı işlərin də çox hissəsi bitib: "Son bir ildə Cənubi Qafqaz Boru Kəməri üzrə boruların 20%-i artıq inşa edilib. Gürcüstanda kompressor stansiyalarının quraşdırılmasına başlanılıb. Biz də, BP də dəfələrlə elan etmişik ki, işlər qrafikdən daha sürətlə gedir". 

"Həmçinin, TANAP layihəsi üzrə işlərin çox hissəsi görülüb. Boruların gətirilməsi başa çatıb. Hər üç lot üzrə boruların qaynağına başlanılıb. TAP layihəsi üzrə də hökumətlərlə sənədlər imzalanıb. Düzdür, bəzi lokal problemlər yaranmışdır. Lakin onlar da həll edilir. Bizə önəmli olan ətraf mühitə təsirlə bağlı sənəd idi ki, o da artıq imzalanıb. Məşvərət Şurasının iclasında gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılmasını müzakirə edəcəyik", - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi