Nazir: "Qazın da ucuzlaşmasına baxmayaraq, Türkiyə TANAP layihəsini davam etdirmək niyyətindədir"

Nazir: "Qazın da ucuzlaşmasına baxmayaraq, Türkiyə TANAP layihəsini davam etdirmək niyyətindədir" Taner Yıldız: "​Şahdəniz"dəki payımızı da artırdıq"
Energetika
13 Mart , 2015 16:28
Nazir: Qazın da ucuzlaşmasına baxmayaraq, Türkiyə TANAP layihəsini davam etdirmək niyyətindədir

Bakı. 13 mart. REPORT.AZ/ Dünya bazarında neftə paralel olaraq təbii qazın qiymətinin düşməsinə baxmayaraq, Türkiyə hökuməti Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini davam etdirmək niyyətindədir". "Report”un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara bu işin reallaşmasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-yə güvənir: "Belə layihələrin təhdid və fürsətləri tükənmir. Biz ekologiyaya zərər vermədən tam Qərb standartlarını tətbiq etməklə bu layihəni reallaşdıracağıq. TANAP xam neftin təsirinə məruz qalmayacaq qədər strateji bir layihədir. Xam neftin təsirinin olmayacağını demirəm, amma qərarımız qətidir. 2018-ci ilin sonunda "Şahdəniz-2" qazının həm Türkiyə, həm də Avropada istifadə ediləcəyinə ümidvaram. Eyni zamanda, "Şahdəniz" və Xəzərdəki payımızı da artırdıq. Biz bu işlərdə peşman deyilik, qürur duyuruq. Türkiyənin 2040-2050-ci illərinə zəmin hazırlayırıq".

Xatırladaq ki, bu gün Ankarada BOTAŞ, SOCAR və BP şirkətləri arasında TANAP-la bağlı anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Bu layihədə SOCAR 58%, BOTAŞ 30%, BP isə 12% paya malikdir.

Son xəbərlər

Orphus sistemi