Nazir müavini: "İran qazı Azərbaycan və Rusiya qazından bahadır"

Nazir müavini: "İran qazı Azərbaycan və Rusiya qazından bahadır" Gürcüstanın strateji qaz təchizatçısı Azərbaycandır
Energetika
18 Fevral , 2016 16:54
Nazir müavini: İran qazı Azərbaycan və Rusiya qazından bahadır

Bakı. 18 fevral. REPORT.AZ/ Gürcüstan İrandan qaz idxalı ilə bağlı hələ son qərar qəbul etməyib və qaz təchizatı baxımından ölkənin strateji müttəfiqi Azərbaycandır.

"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili GDS telekanalının "20:30" verilişində bildirib.

Nazir müavini qeyd edib ki, hazırda İran qazı Azərbaycan və Rusiya qazından bahadır: "Təbii qazın qiymət dinamikası dəyişir, amma hazırkı göstərici fakt olaraq qalır. Təbii qazın qiyməti daha çox neftdən asılıdır. Buna görə də ümid edirik ki, İran qazı beynəlxalq məhsul olduqdan sonra onun qiyməti daha səmərəli olacaq".

Son xəbərlər

Orphus sistemi