Bakı. 17 fevral. REPORT.AZ/ İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEK-ə daxil olan və olmayan istehsalçı ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio Del Pino, İraqın neft naziri Adil əbd əl-Məhdi və Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sada ilə Tehranda keçirilmiş görüşün nəticələrini şərh edən İranın neft naziri Bijən Namdar Zangənə deyib.
Nazir neftin qiymətinin sabitləşdirilməsi üçün atılan zəruri addimlardan sayılan "qara qızıl" hasilatının dondurulması təşəbbüsünü dəstəklədiyini bildirib.