​Naxçıvanda smartkart tipli elektrik və qaz sayğacları quraşdırılır

​Naxçıvanda smartkart tipli elektrik və qaz sayğacları quraşdırılır Bu günə kimi 8620 elektrik, 7787 qaz sayğacı quraşdırılıb
Energetika
26 Noyabr , 2015 12:06
​Naxçıvanda smartkart tipli elektrik və qaz sayğacları quraşdırılır

Bakı. 26 noyabr. REPORT.AZ/ Naxçıvan şəhərindəki yaşayış binalarında smartkart tipli elektrik sayğacları quraşdırılır.

"Report"un məlumatına görə, paralel olaraq əhali arasında maarifləndirici tədbirlər aparılır, sayğaclardan istifadə və onların üstün cəhətləri izah olunur. İlkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub.

Naxçıvan şəhərində 320-si noyabr ayında olmaqla, ümumilikdə, 8620 ədəd sayğac quraşdırılıb.

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkart tipli qaz sayğaclarının da quraşdırılması davam etdirilir.

71-i noyabr ayında olmaqla, ümumilikdə, Naxçıvan şəhərində 7787 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

Son xəbərlər

Orphus sistemi