Natiq Əliyev: "Qaz ixrac edən ölkələrin qiymətə təsir etmək mexanizmi yoxdur"

Natiq Əliyev: "Qaz ixrac edən ölkələrin qiymətə təsir etmək mexanizmi yoxdur" Azərbaycanlı nazir Qaz İxrac edən Ölkələr Forumunun OPEC-lə müqayisəsinin əleyhinədir
Energetika
27 Noyabr , 2015 11:51
Natiq Əliyev: Qaz ixrac edən ölkələrin qiymətə təsir etmək mexanizmi yoxdur

Bakı. 27 noyabr. REPORT.AZ/ Dünyada qaz ehtiyatının 85%-i Qaz İxrac edən Ölkələr Forumuna daxil olan dövlətlərin payına düşür. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, hazırda həmin təşkilatın 13 daimi üzvü və Azərbaycan da daxil olmaqla, 6 müşahidəçi ölkə var: "Bilirsiniz ki, bəzən bu təşkilatı OPEC-ə bərabər tuturlar. Amma hesab edirəm ki, bu, doğru deyil. OPEC-in neftin qiymətinə təsiri böyükdür. Amma bu təşkilatın hələ analoji bir mexanizmi yoxdur".

Nazir bu ilin ilk 9 ayında Azərbaycanda gözləniləndən 900 min ton artıq neft hasil edildiyini açıqlayıb: "Biz nəzərdə tutulandan 900 min ton artıq neft hasil etmişik və bunun da əksər hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlarının payına düşür".

Son xəbərlər

Orphus sistemi