Natiq Əliyev: "Əmək haqlarının gecikməsi yığımla bağlıdır"

Natiq Əliyev: "Əmək haqlarının gecikməsi yığımla bağlıdır" "Yığım "Azərişıq"dan asılıdır"
Energetika
20 Oktyabr , 2015 10:03
Natiq Əliyev: Əmək haqlarının gecikməsi yığımla bağlıdır

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərenerji" işçilərinin əmək haqlarının gecikməsi elektrik enerjisindən istifadəyə görə yığımın gecikməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.

O qeyd edib ki, yığım "Azərişıq"dan asılıdır. 

"Azərişıq" elektrik enerjisindən istifadəyə görə, paylayıcı şəbəkələrdən vəsaitləri yığır və onu da "Azərenerji"yə köçürür. "Azərenerji" də bununla əmək haqlarını və digər ehtiyaclarını ödəyir. Yəni bunlar zəncirvaridir. Əgər elektrik enerjisindən istifadəyə görə, tam vaxtlı vaxtında, tam şəkildə ödəniş olsa, burada problem olmaz", - o bildirib.

Son xəbərlər

Orphus sistemi