​Natiq Əliyev: "Azərbaycan iqtisadiyyatı çox möhkəmdir"

​Natiq Əliyev: "Azərbaycan iqtisadiyyatı çox möhkəmdir" Energetika naziri Natiq Əliyev qeyd edib ki, limanlardan ixrac olunan neftin təxminən 68%-i Azərbaycanın payına düşür
Energetika
13 May , 2015 12:14
​Natiq Əliyev: Azərbaycan iqtisadiyyatı çox möhkəmdir

Bakı. 13 may. REPORT.AZ/ "Ötən ilin iyul ayından etibarən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir". "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ölkədə 29,6 mlrd. kubmetr qaz hasil edilib ki, bunun da çox hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarına aiddir: “Ötən il Azərbaycanda 42 mln. ton neft hasil olunub ki, bunun da 34 mln. tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının üzərinə düşüb. Azərbaycanın neft ixracı təxminən 35 mln. ton olub. Bunun da çox hissəsi “Azəri-Çıraq-Günəşli” yatağına aiddir”.

N.Əliyev qeyd edib ki, limanlardan ixraca göndərilən neftin təxminən 67,9%-i Azərbaycanın payına düşüb: “Bu rəqəmlər çox yüksək göstəricilərdir. İnanırıq ki, Azərbaycanın mədən-neft-qaz sənayesi hələ sadə inkişaf üçün böyük imkanlar yaradacaq”.

Son xəbərlər

Orphus sistemi