​Natiq Əliyev: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür"

​Natiq Əliyev: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür" Bu gün Azərbaycanın elektrik enerjisi sisteminin generasiya gücü 7 149 MVt-a çatdırılıb
Energetika
15 Aprel , 2016 10:29
​Natiq Əliyev: Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür

Bakı. 15 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür və ölkəmizin istehsal etdiyi elektrik enerjisinin ixracı baxımından bu layihə böyük perspektivlərə malikdir". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin Energetika Nazirliyinin yaradılmasının 15 illiyi münasibəti ilə “Respublika” qəzetində nəşr olunan “Uğurlarla zəngin 15 il” başlıqlı məqaləsində qeyd edilir.

N.Əliyev bildirib ki, son 10 ildə daha müasir texnologiyaya əsaslanan yeni elektrik stansiyaları işə salınıb və bu gün Azərbaycanın elektrik enerjisi sisteminin generasiya gücü 7 149 MVt-a çatdırılıb: “Əsas elektrik stansiyalarının, elektrik verilişi xətlərinin köhnə olması səbəbindən 2003-2004-cü illərə qədər əhalinin elektrik enerjisi ilə təchizatında müəyyən çətinliklər olub. Yeni yaradılmış Energetika Nazirliyinin də yaxından iştirakı ilə müvafiq dövlət proqramları çərçivəsində Bakıda və regionlarda yeni elektrik stansiyalarının inşası, enerji infrastrukturunun yenilənməsi hesabına Azərbaycan əhalinin elektrik enerjisinə olan tələbatını ödəməklə bərabər, həm də enerji ixracını həyata keçirməyə başlayıb". 

"Azərbaycanın yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər) çərçivəsində son 10 il ərzində 2 310 MVt-a yaxın qənaətcil, son elmi-texniki nailiyyətlərə cavabverən qabaqcıl texnologiyalar əsasında yeni elektrik stansiyaları işə salınıb, ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES (Astara ES, Şəki ES, Xaçmaz ES və Naxşıvan ES, Bakı ES, Şahdağ ES, Səngəçal ES), gücü 525 MVt olan “Sumqayıt” İES, 780 MVt-lıq qaz-turbin tipli “Cənub” ES, ümumi gücü 146,5 MVt olan 12 su elektrik stansiyası istismara verilib”, - deyə məqalədə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi