Natiq Abbasov: "Azərbaycanın elektrik enerjisinin ixrac imkanları daha çox artacaq" - YENİLƏNİB

Natiq Abbasov: "Azərbaycanın elektrik enerjisinin ixrac imkanları daha çox artacaq" - YENİLƏNİB Nazir müavini: "Hazırda Azərbaycanda gündə 82-88 mln. kubmetr qaz və 115-120 min ton neft hasil edilir"
Energetika
29 Avqust , 2016 10:50
Natiq Abbasov: Azərbaycanın elektrik enerjisinin ixrac imkanları daha çox artacaq - YENİLƏNİB

İlk xəbər 10:45-də verilib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda son 10 ildə 3 min MVt gücündə 14 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların sayının 23-ə, ümumi generasiya gücünün 7 min MVt-a çatdırılması, qarşıdakı dövrdə 2 min MVt gücündə elektrik stansiyalarının planlaşdırılan tikintisi ölkənin energetika sənayesinin yüksəlişini təmin edəcək və elektrik enerjisinin ixrac imkanlarını daha çox artıracaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında çıxış edən energetika nazirinin müavini Natiq Abbasov deyib.

N.Abbasov qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatlarının həcmi 2,6 trln. kubmetr, neft ehtiyatları isə 2 mlrd. ton təşkil edir.

"Hazırda Azərbaycanda gündə 82-88 mln. kubmetr qaz və 115-120 min ton neft hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır", - deyə nazir müavini bildirib.

***

"Azərbaycan Şərq-Qərb dəhlizinin yaradıcısıdır və hazırda Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində də işlər gedir. Yeni dəhliz bir çox sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına şərait yaradacaq. Azərbaycan elə bir coğrafi mövqeyə malikdir ki, bütün dəhlizlərin yaradılmasında ən əhəmiyyətli rol oynayır", - deyə N.Abbasov qeyd edib.

Son xəbərlər

Orphus sistemi