​Monteneqro TAP-a qoşula bilər

​Monteneqro TAP-a qoşula bilər Monteneqro TAP-ın qolu ilə əlaqələndiriləcək
Energetika
24 Avqust , 2015 15:35
​Monteneqro TAP-a qoşula bilər

Bakı. 24 avqust. REPORT.AZ/ Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi avqustun sonunda Vyanada (Avstriya) Balkan ölkələrinin rəsmilərinin görüşündə müzakirə ediləcək. "Report" xəbər verir ki, bu barədə Monteneqronun "Dnevne Novine" gündəlik qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bu kəmərin tikintisi təkcə Monteneqro deyil, bütün region ölkələri üçün əhəmiyyətlidir: "Monteneqro TAP-ın qolu ilə əlaqələndiriləcək".

Qeyd edək ki, Adriatik-İon dənizləri Qaz Kəmərinin Bosniya və Herseqovina və Monteneqro vasitəsilə Xorvatiyadan Albaniyaya çəkilməsi üçün 700 mln. avro tələb olunur.

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və "Statoil"in hər birinin 20%, "Fluxys"in 19%, "Enagas"ın 16% və "Axpo"nun 5% iştirak payı var.

İngilis versiyası Montenegro may join TAP

Son xəbərlər

Orphus sistemi