Mixail Qutsireyev "Rusneft" şirkətinin rəhbəri vəzifəsini tərk edib

Mixail Qutsireyev "Rusneft" şirkətinin rəhbəri vəzifəsini tərk edib Qutsireyevin yerinə Rusya Energetika Nazirinin keçmiş müavini Oleq Qordeyev tutub
Energetika
20 Fevral , 2015 22:30
Mixail Qutsireyev Rusneft şirkətinin rəhbəri vəzifəsini tərk edib

Bakı. 20 Fevral. REPORT.AZ/ Tanınmış Rusiyalı sahibkar Mixail Qutsireyev qurucusu və rəhbəri olduğu "Rusneft" şirkətinin presidenti vəzifəsini tərk edib.

"Report" TASS Agentliyinə istinadla xəbər verir ki, M.Qutsireyevin yerinə 2001-2004-cü illərdə Rusya Energetika Nazirinin müavini vəzifəsini icra etmiş Oleq Qordeyev təyin edilib.

Qeyd edək ki, Moody's agentliyi ötən gün Rusiyanın 3-cü ən böyük neft şirkəti hesab olunan "Rusneft"-in reytinqini Ba3-dən B2-dək aşağı salıb.

Son xəbərlər

Orphus sistemi