Meksika neftinin qiyməti onun istehsal xərcindən aşağı düşüb

Meksika neftinin qiyməti onun istehsal xərcindən aşağı düşüb "Pemex" hasil edilən hər barel neftə görə 93 sent ziyan görür
Energetika
12 Yanvar , 2016 10:47
Meksika neftinin qiyməti onun istehsal xərcindən aşağı düşüb

Bakı. 12 yanvar. REPORT.AZ/ Beynəlxalq bazarda Meksika neftinin bir barelinin qiyməti onun istehsal xərcindən (23 dollar) də aşağı düşüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda bu göstərici 22,07 dollar səviyyəsinə düşüb.

Beləliklə, Meksikanın dövlət neft şirkəti olan "Pemex" hasil etdiyi hər barel neftə görə 93 sent ziyan görür.

"Pemex"in məlumatına görə, ilin ilk altı ticarət sessiyası dövründə Meksika neftinin bir barelinin qiyməti 5,3 dollar və ya 19,4 % aşağı düşüb.

Qeyd edək ki, Meksika dünyanın ən böyük neft istehsalçıları sırasında ilk "10-luğu" qapayır və dünya neft bazarında təxminən 3 faizlik paya malikdir.

Son xəbərlər

Orphus sistemi