​Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilib

​Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilib Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
25 May , 2015 20:26
​Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilib

Bakı. 25 may. REPORT.AZ/ Mayın 25-də Masallı rayonunun Kolatan kəndinə təbii qazın verilişi bərpa olunub. Bu barədə "Reporta" Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 1084 abonenti olan Kolatan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 297 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1084 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi