​Masallı rayonunun Kalinovka kəndinə qaz verilib

​Masallı rayonunun Kalinovka kəndinə qaz verilib Tədbirdə rayon icra hakimiyyəti və "Azəriqaz" İB-nin təmsilçiləri iştirak ediblər
Energetika
28 Sentyabr , 2015 14:51
​Masallı rayonunun Kalinovka kəndinə qaz verilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Masallı rayonunun Kalinovka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 524 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 201 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 524 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi