​Masallı rayonunun iki kəndinə qaz verilib

​Masallı rayonunun iki kəndinə qaz verilib Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndlərinə yenidən qaz verilib
Energetika
7 İyul , 2015 14:43
​Masallı rayonunun iki kəndinə qaz verilib

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Rayon İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, sakinlərin iştirak etdiyi açılış mərasimlərində bildirilib ki, kəndlərə təbii qazın verilməsi məqsədi ilə “Azəriqaz” tərəfindən böyük həcmdə tikinti-quraşdırma işləri aparılıb.

Belə ki, 157 abonenti olan Ətcələr kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 695 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Birinci Səmədxanlı kəndinin 194 abonenti də qazlaşdırılıb, kəndə 20 674 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi