Masallı rayonunun daha 2 kəndinə qaz verilib

Masallı rayonunun daha 2 kəndinə qaz verilib Yaxın vaxtlarda rayonun daha 11 kəndinə qaz veriləcək
Energetika
25 Avqust , 2016 16:39
Masallı rayonunun daha 2 kəndinə qaz verilib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, ümumilikdə 737 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61 660 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Vurğulanıb ki, hazırda rayonunun Məmmədoba, 2-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi