Martın 20-də Moskvada neft hasilatçısı ölkələrinin görüşü keçiriləcək

Martın 20-də Moskvada neft hasilatçısı ölkələrinin görüşü keçiriləcək Bağdad neft hasilatı səviyyəsinin dondurulması planının müzakirəsində əməkdaşlığa hazırdır
Energetika
9 Mart , 2016 16:01
Martın 20-də Moskvada neft hasilatçısı ölkələrinin görüşü keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) daxil olan və kartelə daxil olmayan ölkələrin görüşü martın 20-də Moskvada keçiriləcək. 

"Report" "Al-Sabah"a istinadən xəbər verir ki, bunu İraqın neft sənayesi nazirinin müavini Fəyad əl-Nemu deyib. 

O, həmçinin qeyd edib ki, Bağdad neft hasilatı səviyyəsinin dondurulması planının müzakirəsində dünyanın ən iri neft istehsalçıları ilə əməkdaşlığa hazırdır və ən iri istehsalçılar və neft ixracatçı olan Rusiya və Səudiyyə Ərəbistanının danışıqlar masasına oturacağına zəmanət verir. 

Son xəbərlər

Orphus sistemi