​Maroş Şefçoviç DESFA məsələsinə görə Yunanıstana gedir

​Maroş Şefçoviç DESFA məsələsinə görə Yunanıstana gedir Onun Enerji Birliyini təbliğ etmək üçün avropa ölkələrinin paytaxtlarına səfər proqramı çərçivəsində Yunanıstana səfər etdiyi açıqlanıb
Energetika
8 Mart , 2016 13:07
​Maroş Şefçoviç DESFA məsələsinə görə Yunanıstana gedir

Bakı. 8 mart. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç martın 10-da Afinaya (Yunanıstan) rəsmi səfərə gedəcək. "Report"un yunan mediasna istinadən verdiyi xəbərə görə, M.Şefçoviçin səfər proqramına Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA ilə bağlı görüşlər də daxil edilib.

M.Şefçoviçin Yunanıstanın energetika naziri Panos Skurletis, DESFA və Yunanıstan Enerji Tənzimləmə Təşkilatının (RAE) rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəyi bildirilir.

Onun Enerji Birliyini təbliğ etmək üçün avropa ölkələrinin paytaxtlarına səfər proqramı çərçivəsində Yunanıstana səfər etdiyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi