​Maroş Şefçoviç: "TAP-ın "Nabucco" və İTGİ-də çatışmayan güclü siyasi dəstəyi var"

​Maroş Şefçoviç: "TAP-ın "Nabucco" və İTGİ-də çatışmayan güclü siyasi dəstəyi var" TAP layihəsinə cəlb olunmuş üç ölkədə işlərin gedişatı yaxından izlənilir
Energetika
4 İyul , 2016 16:00
​Maroş Şefçoviç: TAP-ın Nabucco və İTGİ-də çatışmayan güclü siyasi dəstəyi var

Bakı. 4 iyul. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin qaz imkanlarını Avropa bazarlarına gətirən strateji təşəbbüsdür".

"Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O qeyd edib ki, Avropa İttifaqı Cənub-Şərqi Avropa bazarlarının da Cənub Qaz Dəhlizi layihəsinə açılması üçün səylərini sürətləndirəcək: "Bu səylər, əsas hədəflərindən biri regionun hər bir dövlətinin ən azı üç müxtəlif mənbədən qaz alışı imkanını əldə etməsi olan Enerji Birliyinin iş fəaliyyəti ilə birbaşa bağlıdır. Trans Adriatik Boru Kəməri (TAP) razılaşmasının təsdiqi və TAP-ın təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması yönündə əhəmiyyətli addımlardır".

O söyləyib ki, TAP layihəsinə cəlb olunmuş üç ölkədə (Yunanıstan, Albaniya və İtaliya) işlərin gedişatı yaxından izlənilir.

"Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci iclasında bütün iştirakçı ölkələr və konsorsium bu vacib infrastruktur layihəsini vaxtında başa çatdırmaq üçün qətiyyətlərini təsdiq ediblər. Cənub Qaz Dəhlizinə daxil olan bütün layihələrdə ("Şahdəniz Mərhələ 2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) irəliləyişə nail olunub və Azərbaycan qazının 2019-cu ilə qədər Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması gözlənilir" -, M.Şefçoviç əlavə edib.

O, TAP-ın əhəmiyyətindən də danışaraq deyib ki, TAP Avropa Birliyi üçün vacib layihədir. Onun sözlərinə görə, TAP-ın "Nabucco" və İTGİ-də (Interconnector-Turkey, Greece, Italy) çatışmayan güclü siyasi, eyni zamanda səhmdarlar tərəfindən dəstəyi var. 

Avropa Komissiyasının rəsmisi, həmçinin vurğulayıb ki, Komissiya səhmdarlarla yaxından əməkdaşlıq vədinə və layihənin vaxtında icrası üçün dəstəyinə sadiq qalır.

Son xəbərlər

Orphus sistemi