​Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" plana uyğun irəliləyir"

​Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" plana uyğun irəliləyir" Avropa Komissiyasının vitse-prezidenti: "İnanıram ki, Xəzər qazı 2020-ci ildə Avropaya çatacaq"
Energetika
13 May , 2016 15:10
​Maroş Şefçoviç: Cənub Qaz Dəhlizi plana uyğun irəliləyir

Bakı. 13 may. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" (SGC) layihəsi bizim üçün çox əhəmiyyətlidir və onun icrası hazırda plana uyğun irəliləyir". "Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 25-ci illik toplantısında çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç həmçinin Avropa Enerji İttifaqının formalaşması üçün əhəmiyyətli olan layihələrlə bağlı planlarını da açıqlayıb: “Biz əmin olmalıyıq ki, bu layihələrin hər birinin sürətlə və vaxtında irəliləməsi üçün adekvat maliyyə, texniki və siyasi dəstəyi var. İnanıram ki, Xəzər qazı 2019-cu ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatacaq”.

Son xəbərlər

Orphus sistemi