“Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li rüblük rəsmi statistika hesabatı forması təsdiqlənib

“Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li rüblük rəsmi statistika hesabatı forması təsdiqlənib Qərarı DSK sədrinin birinci müavini Həmid Bağırov imzalayıb
Energetika
27 İyul , 2015 17:47
“Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li rüblük rəsmi statistika hesabatı forması təsdiqlənib

Bakı. 27 iyul. REPORT.AZ/ Dövlət Statistika Komitəsi (DSK) “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında qərar verib. “Report”un xəbərinə görə, qərarı DSK sədrinin birinci müavini Həmid Bağırov imzalayıb.

Qərara əsasən, xidmət statistikası üzrə hazırlanmış iki sənəd - “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı forması və “Magistral neft kəmərləri nəqliyyatının işi haqqında” 65 №-li (neft kəməri) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişlər təsdiqlənib.

Rəsmi statistika hesabatı formasının təsdiqi ilə əlaqədar olaraq Dövlət Statistika Komitəsinin 2006-cı il 7 iyun tarixli 24/14 nömrəli sərəncamı ilə təsdiq edilmiş 65-boru (neft kəməri) №-li rüblük rəsmi statistika hesabatı forması ləğv edilib.

Son xəbərlər

Orphus sistemi