Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti 2015-ci ildə xaricdəki neft emalı zavodlarından 200 mln. dollar gəlir əldə edib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Vladimir Nekrasov bildirib.
O qeyd edib ki, şirkət bu il nəticələrin daha yaxşı olacağını gözləyir.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, bu ilin yanvar ayında əldə edilən məbləğ 50 mln. dollar təşkil edib.
"Əgər cari vəziyyət saxlanılarsa, bu il illik nəticə daha da uğurlu olacaq".
O qeyd edib ki, 2015-ci ildə şirkət Rusiyada 44,1 mln. ton neft emal edib, bütün emal zavodlarında isə ümumi həcm 66,5 mln. ton təşkil edib.