​"LUKoil" Rumıniyaya 2 mlrd. avro ziyan vurub

​"LUKoil" Rumıniyaya 2 mlrd. avro ziyan vurub Regional məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb
Energetika
10 Sentyabr , 2015 18:11
​LUKoil Rumıniyaya 2 mlrd. avro ziyan vurub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rumıniyanın Prahova regional məhkəməsi Rusiyanın "LUKoil" neft şirkətinin bu ölkədəki törəmə qurumu olan "Petrotel Lukoil" ilə bağlı Ploieşti regional məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. "Report" xəbər verir ki, bu gün qəbul edilən qərara görə, törəmə şirkət tərəfindən məhkəməyə etiraz oluna bilər.

Qeyd edək ki, şirkət vergidən yayınma və "çirkli pullar"ın yuyulmasında ittiham edilir.

Prokurorluğun məlumatına görə, iddia edilən cinayətlərdə dövlətə dəyən ziyanın həcmi 7,597 mlrd. Rumıniya leyi və ya 1,767 mlrd. avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi