"LUKoil" Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satır

"LUKoil" Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satır Bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır
Energetika
25 Dekabr , 2015 19:18
LUKoil Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satır

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır.

Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb.

V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə "LUKoil"in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi