Londonda "Xəzər dəhlizi" III konfransı keçiriləcək

Londonda "Xəzər dəhlizi" III konfransı keçiriləcək Konfransda Azərbaycan, Qazaxıstan və Türkmənistanda iqtisadi vəziyyət və neft sahəsinin inkişafı müzakirə olunacaq
Energetika
5 Mart , 2015 12:57
Londonda Xəzər dəhlizi III konfransı keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Londonda "Xəzər dəhlizi" adlı III konfrans keçiriləcək (Caspian Coridor Conference).

"Report" konfransın saytına istinadən xəbər verir ki, tədbir martın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə baş tutacaq. 

Məlumata əsasən, konfransda Azərbaycan, Qazaxıstan və Türkmənistanda enerji sahəsi və enerji layihələrin perspektivləri, bu ölkələrdə neftin qiymətinin ucuzlaşması və onların əsas tərəfdaşları olan Rusiya və Çində zəif inkişaf templəri fonunda adı çəkilən ölkələrin iqtisadi inkişafı müzakirə olunacaq.

Xatırladaq ki, "Xəzər dəhlizi"nin II konfransı martın 7-də London şəhərində "London Stock Exchange Group" (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABM), Britaniya-Azərbaycan İşgüzar Şuranın (BABC) və Britaniyanın nüfuzlu "Asia House" şirkətinin dəstəyi ilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi