​Lerik rayonunun daha bir kəndinə qaz verilib

​Lerik rayonunun daha bir kəndinə qaz verilib Tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər
Energetika
6 Avqust , 2015 17:36
​Lerik rayonunun daha bir kəndinə qaz verilib

Bakı. 6 avqust. REPORT.AZ/ Avqustun 6-da Lerik rayonunun Aşağı Ambudərə kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 55 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 5 529 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 55 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi