Lənkəranın iki yaşayış məntəqəsinə qaz verilib

Lənkəranın iki yaşayış məntəqəsinə qaz verilib Hər iki məntəqədə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb
Energetika
25 İyun , 2015 17:40
Lənkəranın iki yaşayış məntəqəsinə qaz verilib

Bakı. 25 iyun. REPORT.AZ/ Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə və Üzümçülük məntəqəsinə təbii qaz verilib. 

"Report" xəbər verir  ki, "mavi qaz"ın verilməsi münasibətilə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyi, rayon icra hakimiyyətinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 754 abonenti olan Nərimanabad qəsəbəsinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 

167 abonenti olan Üzümçülük yaşayış məntəqəsinə də "mavi yanacağ"ın verilişi bərpa olunub. Bu məqsədlə 8 528 metr uzunluqda müxtəlif diametrli metal boru, 901 metr uzunluqda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər iki məntəqədə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi