Kürdəmirin Sovlar kəndinə ilk dəfə qaz verilib

Kürdəmirin Sovlar kəndinə ilk dəfə qaz verilib Kəndin 164 abonenti qazla təmin olunub
Energetika
25 Fevral , 2016 14:57
Kürdəmirin Sovlar kəndinə ilk dəfə qaz verilib

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Sovlar kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 164 abonenti olan Sovlar kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25 802 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi