Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə qaz verilib

Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə qaz verilib Ümumilikdə, 284 abonent qazla təmin olunub
Energetika
4 Aprel , 2016 09:33
Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə qaz verilib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun Beyi və Dayıkazımlı kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 38 174 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi