Kürdəmir rayonunun daha iki kəndinə qaz verilib

Kürdəmir rayonunun daha iki kəndinə qaz verilib Ölkədə daha 186 abonent qazla təmin edilib
Energetika
18 Aprel , 2016 12:28
Kürdəmir rayonunun daha iki kəndinə qaz verilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 186 abonenti olan Axtaçı Qarabucaq və Qoçalı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 25 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Son xəbərlər

Orphus sistemi