Kristin Laqard: "Neftin qiyməti yuxumu qaçırdıb"

Kristin Laqard: "Neftin qiyməti yuxumu qaçırdıb" Nigeriya, Azərbaycan və Venesuela oxşar problemlərlə üzləşib
Energetika
3 Fevral , 2016 14:21
Kristin Laqard: Neftin qiyməti yuxumu qaçırdıb

Bakı. 3 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) neft qiymətlərindəki azalmanın hasilatçı ölkələrin əksəriyyətinin iqtisadiyyatını təhdid etdiyini bildirib. "Report"un BVF-yə istinadən verdiyi xəbərə görə, təşkilat tərəfindən neft hasilatçısı ölkələrin iqtisadiyyatı barədə xəbərdarlıq edilib. BVF-nin rəhbəri "neft qiymətləri yuxumu qaçırdıb" deyib.

Fond rəhbəri Nigeriyanın ixracının 90%-i və milli gəlirinin 60%-nin neft gəlirlərindən ibarət olduğunu qeyd edib. O, həmçinin  Azərbaycan və Venesuelanın da bənzər problemlə üzləşdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi