Kənan Yavuz: "Lirənin ucuzlaşması ​"SOCAR Turkey"ə mənfi təsir etməyib"

Kənan Yavuz: "Lirənin ucuzlaşması ​"SOCAR Turkey"ə mənfi təsir etməyib" Şirkət rəhbəri: "Goldman Sachs"la qurulan işbirliyi vəziyyətin belə olmadığının ən böyük göstəricilərindəndir"
Energetika
4 Sentyabr , 2015 17:20
Kənan Yavuz: Lirənin ucuzlaşması ​SOCAR Turkeyə mənfi təsir etməyib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyə lirəsinin ABŞ dolları qarşısında yüksək dərəcədə dəyərdən düşməsinin "SOCAR Turkey" şirkətinə mənfi təsiri olmayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə müsahibəsində bildirib.

K.Yavuz deyib ki, bu yaxınlarda "Goldman Sachs International" ilə imzalanan müqavilə əsasında şirkət 1,3 mlrd. dollar həcmində vəsait əldə edib: "Bizim layihələrimizə mənfi təsir edəcək heç bir amil yoxdur. Bu, insanlara təəccüblü görünə bilər. Cəmiyyətdə hər şeyin mənfiyə doğru gedəcəyi ilə bağlı qəribə atmosfer yaranıb, bu, doğru deyil. "Goldman Sachs"la həyata keçirdiyimiz işbirliyi vəziyyətin belə olmadığının ən böyük göstəricilərindəndir".

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu gün ABŞ dollarının məzənnəsi 2,9561 TRY/USD-dir. 

Son xəbərlər

Orphus sistemi