Kaxa Kaladze "Qazprom" nümayəndəsi ilə gizli görüş keçirib

Kaxa Kaladze "Qazprom" nümayəndəsi ilə gizli görüş keçirib Görüş İsveçrədə baş tutub
Energetika
9 Yanvar , 2016 14:53
Kaxa Kaladze Qazprom nümayəndəsi ilə gizli görüş keçirib

Bakı. 9 yanvar. REPORT.AZ/ Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın "Qazprom" şirkətinin nümayəndəsi ilə gizli görüş keçirib. "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu gürcü ekspert Soso Tsiskarişvili bildirib.

Onun məlumatına görə, energetika naziri "Qazprom-Eksport" şirkətinin baş direktoru Yelena Burmistrova ilə dekabrın 27-də İsveçrədə görüşüb. Ekspert qeyd edib ki, görüş planlaşdırılmadığı üçün K.Kaladze İsveçrəyə çarter aviareysi ilə gedib.

"Görüşdə məqsəd Gürcüstanın idxal qaz mənbələrini diversifikasiya etmək məsələlərini müzakirə etmək olub", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, əgər razılaşma əldə olunarsa, müqavilənin şərtlərini hazırlayacaq dövlət qurumu Bidzina İvanişvilinin yaratdığı "Tərəfdaşlıq Fondu"na məxsus Beynəlxalq Neft və Qaz Korporasiyası olacaq.

Fondun başçısı David Saqanelidze bu barədə hər hansı məlumat verməyib. K.Kaladzenin bu görüşü barədə xəbəri Nazirlik təsdiq etsə də, detallar barədə açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi