​Kanadanın neft-qaz şirkəti Azərbaycanda nümayəndəliyinin açıldığını elan edib

​Kanadanın neft-qaz şirkəti Azərbaycanda nümayəndəliyinin açıldığını elan edib Andrea Kattaneo: "Şirkət dinamik inkişaf edən və investorlar üçün əlverişli olan Azərbaycana sərmayə yatırmaq niyyətindədir"
Energetika
26 Sentyabr , 2015 11:15
​Kanadanın neft-qaz şirkəti Azərbaycanda nümayəndəliyinin açıldığını elan edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Kanadada yerləşən "Zenit Energy Ltd." neft və qaz şirkəti Azərbaycanda nümayəndəliyinin açıldığını elan edib.

"Report" Kanada KİV-lərinə istinadən xəbər verir ki, bu barədə danışan şirkətin direktorlar şurasının sədri Andrea Kattaneo bildirib ki, şirkət dinamik inkişaf edən və investorlar üçün əlverişli olan Azərbaycana sərmayə qoymaq niyyətindədir.

"Bizim menecment ölkədə enerji sektorunda xarici investorlar üçün iş şəraitinin cəlbedici olduğuna əmin olub", - A.Kattaneo əlavə edib.

Qeyd edək ki, "Zenit Energy Ltd." əvvəllər İtaliya və Argentinaya sərmayə yatırıb.

Son xəbərlər

Orphus sistemi