Bakı. 27 noyabr. REPORT.AZ/ İyunun 3-4-də Vyanada OPEC ölkələrinin VI beynəlxalq seminarı keçiriləcək. "Report"un məlumatına görə, "Yanacaq - Qlobal inkişaf üçün mühərrik" (Petroleum — An Engine for Global Development) adlanan seminarda dünya ölkələrinin nazirləri, neft şirkətlərinin rəhbərləri, müstəqil analitiklər və sənaye tədqiqatçıları iştirak edəcəklər.
Məlumata görə, seminarda əsasən qlobal enerji proqnozları, bazarın stabilliyi, neft investisiyaları, texnologiya və ətraf mühit və başqa mövzularda müzakirələr aparılacaq.
Xatırladaq ki, 1969-cu ildə yaradılan OPEC-in ilk belə seminarı 2001-ci ildə keçirilib.