​İstanbulda enerji konfransı keçiriləcək

​İstanbulda enerji konfransı keçiriləcək Konfrans "Rusiya böhranından sonra enerjidə alternativ axtarışları" mövzusuna həsr olunub
Energetika
13 Yanvar , 2016 17:48
​İstanbulda enerji konfransı keçiriləcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 16-da İstanbulda (Türkiyə) "Rusiya böhranından sonra enerjidə alternativ axtarışları" mövzusunda konfrans keçiriləcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, tədbirdə Rusiya və Türkiyə, həmçinin İranla Səudiyyə Ərəbistanı arasında yaranan problemlər müzakirə ediləcək.

"SOCAR Energy Turkey"in baş müşaviri və "Petkim"in İdarə Heyətinin üzvü Hayati Öztürkün də qatılacağı tədbirdə Şimali İraq və Şərqi Aralıq dənizi kimi alternativ enerji mənbələri, həmçinin LNG qazından istifadə məsələlərinin müzakirə ediləcəyi deyilir. 

Son xəbərlər

Orphus sistemi