​İsraildə beynəlxalq yanacaq sammiti keçiriləcək

​İsraildə beynəlxalq yanacaq sammiti keçiriləcək İsrailin əsas məqsədi 2025-ci ilə qədər ölkədə neft istehlakının 60%-ə qədər azaldılmasıdır
Energetika
28 Sentyabr , 2015 12:04
​İsraildə beynəlxalq yanacaq sammiti keçiriləcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Noyabrın 10-11-də Təl-Əvivdə (İsrail) yanacaq növlərinə ("Fuel Choices-2015") həsr edilmiş sammit keçiriləcək. "Report"un İsrail mediasına istinadən verdiyi xəbərə görə, tədbirin əsas təşkilatçısı İsrailin Nazirlər Kabinetidir.

İsrailin baş nazirinin də qatılacağı tədbirə alternativ yanacaq və smart nəqliyyat sahəsində fəaliyyət göstərən biznesmenlər, maliyyəçilər və tədqiqatçılar iştirak edəcəklər.

Qeyd edək ki, İsrailin əsas məqsədi 2025-ci ilə qədər ölkədə neft istehlakının 60%-ə qədər azaldılmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi