İspaniya şirkəti TAP layihəsində pay alıb

İspaniya şirkəti TAP layihəsində pay alıb İspaniyanın "Enagas" şirkəti TAP konsorsiumunda 16% paya sahib olub
Energetika
30 Sentyabr , 2014 12:44
İspaniya şirkəti TAP layihəsində pay alıb
Bakı. 30 sentyabr. REPORT.AZ/ İspaniyanın "Enagas" şirkəti Transadriatik boru kəməri (TAP) konsorsiumunda 16% iştirak payı alıb. Bu barədə "Report"a TAP-ın mətbuat xidmətindən bildirilib. 

Şirkətdən həmçinin qeyd ediblər ki, Konsorsiumun səhmdarı olan "Fluxys" şirkəti TAP layihəsindəki payını 16%-dən 19%-dək artırıb. Konsorsium iştirakçılarının tərkibi və paylarında dəyişikliklər TAP-da müvafiq olaraq 9% və 10% səhmə malik olan "E.ON" və "Total" şirkətlərinin səhmlərinin alınmasından sonra mümkün olub.

Hazırda TAP layihəsində paylar aşağıdakı kimi paylaşdırılıb: ВР (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%).

Qeyd edək ki, TAP layihəsi Xəzər regionunda hasil olunan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənub bölgəsinə, oradan isə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. TAP "Şahdəniz" səhmdarları tərəfindən Azərbaycan qazının Avropaya nəqli olunma marşrutu qismində seçilib. "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qaz layihənin əsas mənbəyi kimi qiymətləndirilir. Boru kəmərinin ilkin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edəcək. Sonradan bu göstəricini 20 mlrd. kubmetrə qədər artırılması mümkündür.

Son xəbərlər

Orphus sistemi