İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə qaz verilib

İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə qaz verilib Ümumilikdə, 578 abonent təbii qazla təmin olunub
Energetika
28 Yanvar , 2016 17:55
İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə qaz verilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə təbii qaz verilib.

"Report" xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsmayıllı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12 455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Xanlarkənd kəndinə də təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilən mərasimdə qeyd olunub ki, 335 abonentlik kəndin qaz təchizatının bərpası məqsədilə 19 285 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi