​İSB vətəndaşa 5 min manat kompensasiya ödəyib

​İSB vətəndaşa 5 min manat kompensasiya ödəyib Qeyd edək ki, ödəniş üç il öncə baş vermiş ölüm hadisəsinə görə verilib
Energetika
20 May , 2015 09:31
​İSB vətəndaşa 5 min manat kompensasiya ödəyib

Bakı. 20 may. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən Azərbaycan vətəndaşına 5 min manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, sığorta ödənişi 19 iyun 2012-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

Qeyd edək ki, ödəniş mayın 19-da poçt vasitəsilə köçürülüb.

Son xəbərlər

Orphus sistemi