"Şahdəniz" yatağında qaz hasilatı 4% artıb

"Şahdəniz" yatağında qaz hasilatı 4% artıb "Şahdəniz" layihəsinə I rübdə 1,044 mlrd. dollar xərclənib
Energetika
24 May , 2016 14:18
Şahdəniz yatağında qaz hasilatı 4% artıb

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin I rübündə "Şahdəniz" qaz-kondensat yatağından 2,7 mlrd. kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib.

"Report" layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, I rübdə yataqdan qaz hasilatı ötən ilin müvafiq dövründən 3,8% artıq olub, kondensat hasilatı isə eyni səviyyədə qalıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.

Hesabat dövründə "Şahdəniz" üzrə fəaliyyətə təqribən 116 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və təqribən 928 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi