İRENA:"2025-ci ilə qədər günəş və külək enerjisinin maya dəyəri kəskin ucuzlaşacaq"

İRENA:"2025-ci ilə qədər günəş və külək enerjisinin maya dəyəri kəskin ucuzlaşacaq" 2025-ci ildə günəş və quruda külək enerjisi istehsalının hər kVt/saata maya dəyəri orta hesabla 5-6 sent olacaq
Energetika
15 İyun , 2016 17:36
İRENA:2025-ci ilə qədər günəş və külək enerjisinin maya dəyəri kəskin ucuzlaşacaq

Bakı. 15 iyun. REPORT.AZ/ 2025-ci ilə qədər günəş və külək enerjisi istehsalının orta maya dəyəri 26- 59% arasında ucuzlaşacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) hesabatında qeyd olunub.

Hesabata görə, düzgün idarəetmə və siyasətin tətbiqi ilə günəş və külək texnologiyalarının maya dəyəri 2025-ci ilə qədər enməyə davam edəcək.

Hesabatda qeyd olunub ki, 2025-ci ilə qədər günəş enerjisi istehsalının maya dəyəri 59%, dənizdə külək enerjisi istehsalının maya dəyəri 35%, quruda külək enerjisi istehsalının maya dəyəri isə 26% ucuzlaşa bilər. Hesabata əsasən, 2025-ci ildə günəş və quruda külək enerjisi istehsalının maya dəyəri hər kVt/saata orta hesabla 5-6 sent olacaq.

Son xəbərlər

Orphus sistemi