İranın neft nazirinin müavini: "OPEC çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin"

İranın neft nazirinin müavini: "OPEC çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin" İran embarqonun aradan qaldırılmasından 3-6 ay sonra neft ixracının sanksiyalardan əvvəlki səviyyəyə qayıdacağına ümid edir
Energetika
18 May , 2015 12:20
İranın neft nazirinin müavini: OPEC çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin

Bakı. 18 may. REPORT.AZ/ Neft ixrac edən ölkələr təşkilatı (OPEC) iyun ayında keçiriləcək iclasda  çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Rokneddin Cavadi bildirib.

Nazir müavininin sözlərinə görə, İran embarqonun aradan  qaldırılmasından sonra 3-6 ay ərzində neft ixracının sanksiyalardan əvvəlki həcmə - gündə 2,5 mln barel səviyyəsinə qayıtmağa ümid edir.

Xatırladaq ki, OPEC iyunun 5-də toplantı keçirəcək və neft hasilatının azaldılması ehtimalını müzakirə edəcək. 

Cavadi, həmçinin qeyd edib ki, İran hökuməti "qara qızılın" kəşfiyyat və hasilatı üçün investor cəlb etmək məqsədilə sentyabr ayında Londonda konfrans keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi