İranın neft naziri: "İran bazarın stabilləşməsi üçün istənilən planı dəstəkləyəcək"

İranın neft naziri: "İran bazarın stabilləşməsi üçün istənilən planı dəstəkləyəcək" Nazir uğursuzluğa baxmayaraq, Doha görüşünü müsbət dəyərləndirir
Energetika
23 Aprel , 2016 14:41
İranın neft naziri: İran bazarın stabilləşməsi üçün istənilən planı dəstəkləyəcək

Bakı. 23 aprel. REPORT.AZ/ "Doha görüşü məhsuldar olmadı, amma biz bu görüşü OPEC-ə üzv olan və qeyri-üzv ölkələr arasında danışıqların başlanması baxımından müsbət addım kimi dəyərləndiririk".

"Report" "Şana"ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda Cənubi Afrikanın enerji naziri ilə görüşdə bildirib: "Bu görüş OPEC-in əsas neft hasilatçılarına göstərdi ki, vəziyyəti dəyişmək üçün hansısa işlər görülməlidir. İran bazarın stabilləşməsi üçün istənilən planı dəstəkləyəcək".

Nazir İrana qarşı beynəlxalq sanksiyaların götürülməsindən bəri İranın gündəlik neft hasilatının 1 mln. barelədək artdığını bildirib.

O əlavə edib ki, İran bazardakı itirdiyi mövqeyi yenidən qazanana qədər neft hasilatını artırmaqda davam edəcək.

Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində OPEC-ə üzv olan və qeyri-üzv ölkələr arasında neft hasilatının yanvar ayı səviyyəsində dondurulması ilə bağlı baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi