İranda üçüncü gündür neft anbarında güclü yanğın davam edir

İranda üçüncü gündür neft anbarında güclü yanğın davam edir İranın neft naziri Bijən Namdar Zəngənə hadisə yerinə gəlib
Energetika
8 İyul , 2016 15:13
İranda üçüncü gündür neft anbarında güclü yanğın davam edir

Bakı. 8 iyul. REPORT.AZ/ İranın Xuzistan vilayətinin Bəndər Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda üçüncü gündür güclü yanğın davam edir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, fövqəladə hadisənin qarşısının alınması üzrə işlərin koordinasiyası üçün İranın neft naziri Bijən Namdar Zəngənə hadisə yerinə gəlib.

O, jurnalistlərə açıqlamasında yanğının təxribat nəticəsində yox, sırf texniki problemlər səbəbi ilə baş verdiyini bildirib.

Xatırladaq ki, çərşənbə günü gecə saatlarında neft məhsullarının qurğulardan birinə sızması nəticəsində yanğın baş verib. Sonradan alov neft anbarına keçib. Yanğınsöndürənlərin və xilasedicilərin üç gündür göstərdikləri səyə baxmayaraq, alovu söndürmək hələ də mümkün olmayıb. Yanğının çənlərdə bütün məhsullar yanıb qurtarana qədər davam edəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi