İran və Ukrayna birgə neft-qaz şirkətinin yardılmasını müzakirə edib

İran və Ukrayna birgə neft-qaz şirkətinin yardılmasını müzakirə edib Tərəflər yaxın vaxtlarda bu məsələlərin müzakirəsi üçün birgə komitə yaradacaqlar
Energetika
31 May , 2016 19:00
İran və Ukrayna birgə neft-qaz şirkətinin yardılmasını müzakirə edib

Bakı. 31 may.REPORT.AZ/ Ukrayna xarici işlər naziri Pavlo Klimkinin İrana səfəri zamanı iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlığın gücləndirilməsi, xüsusilə birgə neft-qaz şirkətinin yaradılması müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyi İran Neft Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

Mənbə qeyd edib ki, tərəflər Ukraynaya qaz nəqlini, qaz saxlanması üzrə əməkdaşlığı, neft-qaz sektorunda ixtisaslaşmış birgə müəssisənin yaradılmasını müzakirə ediblər: "Tərəflər yaxın vaxtlarda bu məsələlərin müzakirəsi üçün birgə komitə yaradacaqlar. Komitənin məqsədi müzakirə olunan məsələlər üzrə razılığın əldə olunmasıdır".

Qeyd edək ki, Ukrayna XİN bazar günü Ukrayna və İranın bütün sahələrdə ikitərəfli əməkdaşlığının fəallaşdırılması barədə razılığa gəldiklərini yayıb. Razılıq Ukrayna XİN rəhbərinin İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşündə əldə olunub.

Son xəbərlər

Orphus sistemi